Gürcüstanın keçmiş Müdafiə naziri Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub

Bu barədə Gürcüstan Kəşfiyyat Xidmətindən məlumat verilib
###reklam250###

Gürcüstanın keçmiş Müdafiə naziri Levon İzoria Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

Levon İzoria əvvəlki rəhbər Davit Sujaşvili ilə görüşüb və qurumun əməkdaşları ilə tanış olub.

Qeyd edək ki, D.Sujaşvili bu gün Gürcüstan Müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.

pia.az