Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ITU-nun sertifikatı və medalına layiq görülüb

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib
###reklam250###

Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunication Union – ITU) tərəfindən ənənəvi olaraq hər il təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransı bu gün başa çatıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirin sonunda ITU və Nazirlik arasındakı əlaqələrin 10 illiyi münasibəti ilə nazirliyə sertifikat təqdim olunub. Sertifikatda ITU ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb.

100-dən artıq ölkədən 5000-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq tədbirdə nazir müavini Elmir Vəlizadə ITU tərəfindən gümüş medalla mükafatlandırılıb.

“ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı artıq 3-cü gündür davam edir. Tədbirdə Azərbaycan Nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplarla təmsil olunub.

##relatedPost2##

Sərginin təşkili və Milli Pavilyonun qurulmasındakı xidmətlərinə görə Dövlət Radiotezliklər İdarəsi də sertifikata layiq görülüb.

Gələn il “ITU Telecom World 2020” beynəlxalq sərgi-konfransı Vyetnamın Hanoy şəhərində keçiriləcək.

pia.az