Şotlandiya məhkəməsi Boris Consonun qərarını qanunsuz saydı

Şotlandiya məhkəməsinin qərarı Britaniyada qəbul ediləcəkmi ?

Edinburqda edilən bir şikayət əsasında Şotlandiya Ali Məhkəməsinin 3 hakimdən ibrarət heyəti Parlamentin ötən ikinci gündən etibarən buraxılması ilə bağlı aldığı qərarı qanunsuz sayıb.

PİA.az BBC-yə istinadən xəbər verir ki, Baş nazir Boris Consonun 5 həftəlik Brexitə görə Parlamenti buraxması Britaniya daxilində müsbət qarşılanmayıb və daha bir reaksiya da Şotlandiyadan gəlib. Daxil olan bir şikayət üzrə Şotlandiya Ali Məhkəməsinin 3 nəfərlik heyəti qərarı hüquqa zidd sayıb və qərarın “Parlamenti məhdudlaşdırmaq” məqsədilə alınmasında həmfikir olub. Həmçinin qərarın “yox hökmündə” olduğu da məhkəmə əsnasında bildirilib.

Bütün bunlara baxmayaraq Şotlandiya Məhkəməsinin Baş nazir Boris Consonun qərarına veto qoymaq hüququ yoxdur, amma qərarın qanunsuz hesab edilməsinin İngiltərədə necə qarşılanacağı sual doğurur.

Ziya MEHTİPia.az