Ərdoğan Merkellə ciddi müzakirələr apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub

Virtualaz.org Türkiyə mediasına istinadən bildirir ki, Ərdoğan Merkellə miqrasiya məsələsi ilə yanaşı, Suriya və Liviyadakı proseslərə dair də müzakirə aparıb.

Bundan əlavə, liderlərin telefon söhbətində ikitərəfli əlaqələr də gündəmdə olub.

pia.az