Bakıda masaj salonu adı altında əxlaqsızlıq yuvası?: “Bütün səslər evin içindədir” – Video

Xətai sakinlərinin şikayəti masaj salonundandır
###reklam250###

Xətai rayonu Nəsrəddin Tusi küçəsində yaşayan sakinlərin şikayəti masaj salonundandır. Bu masaj salonu General Şıxliniski 34-C ünvanındakı binanın zirzəmisində fəaliyyət göstərir.

Sakinlər iddia edirlər ki, obyekt sahibləri burada masaj salonu adı ilə əxlaqsızlıq yuvası təşkil ediblər. Bu azmış kimi, günün müxtəlif saatlarında obyektin qarşısında yaranan səs-küy sakinlərin haqlı narazılığına səbəb olur.

Sakinlər bildirir ki, masaj salonundakı bütün səslər evin içində asanlıqla eşidilir:

“Evdə uşaq var, yaşlı var. Gecə bir-birlərinə bıçaq çıxarırlar. Burada 171 saylı məktəb var. Şagirdlər hər gün onun qarşısından keçirlər, hər gün onu görmək məcburiyyətindədirlər. Qadınların isə çılpaq vəziyyətdə çıxıb çöldə oturmaları bizim hamımızı narahat edir”.

##relatedPost2##

Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər:

“Bir dəfə bağladılar, reklamını sökdülər. Səhər isə gətirib onun yerinə daha böyük reklam vurdular, başladılar işləməyə”. (minval.info)

pia.az