Xaçmaz RPŞ-nin rəis müavini işdən çıxarılıb

Xaçmaz rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub
###reklam250###

Şöbənin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.

Bundan başqa, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılıb.

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən Xaçmaz RPŞ-nin rəisi Nofəl Məhərrəmov sərəncama göndərilib. Xızı RPŞ-nin rəisi Həmid Həsənov isə Xaçmaz RPŞ-nin rəisi təyin olunub.

pia.az