Kamal Kılıcdaroğluna yumurta atdılar – Video

Kuşadası Bələdiyyəsi qarşısında çıxış edən CHP-nın sədri Kamal Kılıçdaroğluna yumurta atdılar
###reklam250###

Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, CHP-nın sədri Kamal Kılıçdaroğlu azan səslənən zaman nitqi dayandırıb. Bu vaxt ora toplaşanlardan biri Kılıçdaroğluna 4 ədəd yumurta atıb.

Buna reaksiya verməyən və azan bitdikdən sonra insanları salamlayaraq çıxışına davam edən Kılıçdaroğlu söyləyib ki, heç kim onu yolundan döndərə bilməz.

Qeyd edilir ki, Kılıçdaroğluna yumurta atan şəxs saxlanılıb. Həmin şəxsin bir müddət rayonda ticarət işi ilə məşğul olduğu, hazırda isə işsiz qaldığı məlum olub.

pia.az