Goran çayı daşıb, tiklilərə, obyektlərə ziyan dəyib - Fotolar

Axşamdan yağan yağışlar Goranboy rayonunda Goran çayının daşmasına səbəb olub
###reklam250###

PİA.az xəbər verir ki, məcrasından çıxan Goran çayı sahil ərazilərdə bir sıra fəsadlar yaradıb, tiklilərə, obyektlərə ziyan dəyib.

Xüsusən Goran qəsəbəsi ərazisində sel suları maşın təmiri sexinə, ticarət obyektlərinə, nəqliyyat körpüsü ətrafına dolaraq obyektlərin fəaliyyətinə, nəqliyyatın hərəkətinə ciddi problemlər yaradıb.

Qəsəbə ərazisində elektrik enerjisinin verilişində də fasilələr yaranıb. (APA)

pia.az