“Fitch” Ukraynanın uzunmüddətli defolt reytinqini qaldırıb

“Fitch” beynəlxalq reytinq agentliyi Ukraynanın uzunmüddətli defolt reytinqini “B-“ səviyyəsindən “B” səviyyəsinə qaldırıb
###reklam250###

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, agentliyin reytinq üzrə proqnozu “Müsbət”dir.

“Fitch” bəyan edir ki, Ukrayna makroiqtisadi sabitliklə bağlı vəziyyətini yaxşılaşdırıb, büdcə öhdəliklərini azaldıb.

pia.az