Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsi baş tutdu

Ukrayna ilə Rusiya arasında əsir və girovların mübadiləsi çərçivəsində hər iki tərəfdən ümumilikdə 70 nəfər azad olunub
###reklam250###

"Yeni Sabah" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib.

"Mübadilə 35-ə 35 düsturu ilə həyata keçirilib. Rusiya tərəfindən 35 və Ukrayna tərəfindən 35 nəfər sərbəst buraxılıb", - deyə o bildirib.

pia.az