Bədəndəki iltihabı məhv edən bitkilər – Özünüzü qışa hazırlayın

Faydalarını duyduqdan sonra çox təəccüblənəcəksiniz
###reklam250###

PİA.az xeyirləri ilə orqanizminizi qışa hazırlayacaq qidaları təqdim edir.

Orqanizmdə iltihab bir çox xəstəliklərə səbəbə olur. Qan və sidik analizi ilə orqanizmdəki iltihab təsdiqlənir. Nəticədə xəstəliklərlə mübarizə üçün müxtəlif müalicə kursları keçməyə məcbur ola bilərsiniz. Əgər tez-tez xəstələnirsinizsə, iştahasızlıq və halsızlıq varsa, vücudunuzda iltihab ola bilər.

Antibiotik təsiri bağışlayan qidalar:SARIKÖKİltihablara qarşı təsirli antiksidant qaynağıdır. Sarıkökün tərkibindəki "curcumin” maddəsi iltihaba səbəb olan molekulları məhv edir. Sarıkök oynaq iltihabı və əzələ burxulması kimi xəstəliklərin müalicəsində təsirlidir. Oynaqlardakı ağrıları aradan qaldırır.Sarıkökü şəfa məqsədli qəbul etmək üçün, hər sabah bir çay qaşığı sarıkökü bir stəkan suya qatıb istehlak etmək lazımdır. Bundan başqa bir çay qaşığı sarıkökü 1 su stəkanı ilıq südə qatıb qəbul edə bilərsiniz. Həftədə 3 dəfə istehlak etmək yetərlidir.ZƏNCƏFİLZəncəfildən mütəmadi olaraq istifadə etdikdə revmatizm ağrılarını azladır. Eyni zamanda şişkinliyi yox edir. Zəncəfil toz və kök formasında istifadə edilə bilər. Lakin istehlak etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin. Çünki zəncəfil həm də qan durulducudur.

SARIMSAQSarımsağın analoji faydasından bəhrələnmək üçün həftədə bir neçə dəfə bir diş udulur. Sarımsağı eyni ilə dərman içilən kimi, bir stəkan su ilə qəbul etmək lazımdır.

İSPANAQYaxşı antiksodantdır. Eyni zamanda E vitamini mənbəyidir. Tərkibində olan digər bir maddə isə alfa-lionelik adlı turşudur. Bu maddə iltihabların səbəb olduğu ağrıları azaldan bir təsirə malikdir. Iltihabı qurudur. İspanaqdan faydalana bilmək üçün ondan yemək hazırlaya və ya suyunu içə bilərsiniz.ZEYTUN YAĞIİltihab qurutma xüsusiyyətinə malikdir. Bunun üçün saflaşdırılmış zeytun yağı və təbii olmasına diqqət etmək lazımdır. Davamlı olaraq qəbul etdikdə bədənin müqavimətini artırır. Hər sabah bir yemək qaşığı qəbul etsəniz, sağlamlığınıza müsbət təsir edəcək.

QOZAparılan son araşdırmalara görə, gündə 50 qram qoz yemək orqanizmdən iltihabı xaric edir. Bədəndə iltihab olduğunu göstərən CRP maddəsini azaldır. Bu da o deməkdir ki, ürək problemləri aradan qalxacaq. Qozun faydalarını maksimum sürətli almaq üçün, bir stəkan suya 3 ədəd qoz qoyun və bir gecə boyu suda saxlayın. Sabah ac qarına həmin suyu için. Gün ərzində dinc qaldığınızı müşahidə edəcəsksiniz. Sözügedən qarışığı hər gün istifadə etmək olar. (Medicina.az)

pia.az