Abşeronda kişi dənizdə boğulub

Abşeronda 35 yaşlı kişi dənizdə boğulub
###reklam250###

PİA.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Görədil kəndində, çimərlikdə, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1984-cü il təvəllüdlü Gözəlov Murad Ədalət oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.​

pia.az