Hacıqabulda 5 otaqlı ev yanıb

Hacıqabulda ev yanıb
###reklam250###

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Hacıqabul şəhərində ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

pia.az