Rafael Ağayev Premyer Liqada finala yüksəlib

Azərbaycan idmançısı Rafael Ağayev Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirnin finalına yüksəlib
###reklam250###

75 kq çəki dərəcəsində çıxış edən beşqat dünya çempionu həlledici görüşdə Ken Nişimura (Yaponiya) ilə üz-üzə gələcək.

Bu qarşılaşma sentyabrın 8-də olacaq. R. Ağayev finaladək Fransa, Özbəkistan, Mərakeş və Ukrayna karateçilərinə qalib gəlib. Yarışın ilk günü daha 3 idmançımız mübarizəyə qoşulub. Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (hər ikisi 67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurublar.

pia.az