Fatih Terim cəzalandırıldı, klub ayağa qalxdı

Onun köməkçisi Ümit Davala isə rəqib komandanın azarkeşləri ilə mübahisəyə görə 3 oyunluq cəzalandırılıb.

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim 3-cü turda “Kayserispor”la oyundan sonra mətbuat konfransında verdiyi açıqlamala görə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb.

Hər iki məşqçi növbəti 4 oyunda - “Kasımpaşa”, “Malatyaspor”, “Fənərbağça” və “Gənclərbirliyi” ilə oyunlarda paltardəyişmə otağı və texniki zonaya girə bilməyəcək.

Bundan başqa, F.Terimə 19 min, Ü.Davalaya 19 min 500 lirə, tribunada pilləkənləri boş buraxmadığı üçün isə “Qalatasaray”a 25 min lirə pul cəza verilib.

Cəzalandırma qərarının 19:05-də açıqlanması isə “Qalatasaray” rəhbərliyini və azarkeşlərini hiddətləndirib. Çünki bu vaxtın xüsusi seçilməsinin “Qalatasaray” klubunun quruluş tarixi 1905-ci ilə göndərmə olduğu bildirilib.

Klub prezidenti Mustafa Cengiz Fatih Terimə verilən cəzanın səbəbinin açıqlanmasını istəyib:

“Cəzanın xüsusilə 19:05-də açıqlanması qəlbimizi parçaladı. Bunun araşdırılmasını istəyirəm. Bunu edənlər ortaya çıxarılmalıdır. Səhv həmişə səhvdir. Buna müdaxilə edə biləcək cəsarətli insanlar hər zaman vardır.

Federasiya hər hansı bir klubunun mənsubu deyildir. Əgər siz bir kluba qarşı cəbhə tutsanız, bu, bundan mədət umanlara xeyir gətirməz. Pis niyyətinizin olmadığını sübut eməlisiniz. Bu tip xətaların yaxşı niyyətlə açıqlanması mümkün görünmür”.

Qeyd edək ki, F.Terim mətbuat konfransında bu ifadələri işlətmişdi:

“Ötən mövsüm bizə qarşı təşkilatnmış, amma həvəskar pislik edildiyini söyləmişdim. Yəqin ki, mənim həvəskar sözümdən inciyiblər deyə, bu mövsüm daha professional həmlələr görürəm”.(Baku.ws)

pia.az