Birinci siniflər üçün yeni dərsliklər hazırlandı

Dərsliklərin sınaq istifadəsinə verilməsi planlaşdırılır
###reklam250###

Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İnstitutunda dövlət ümumtəhsil məktəblərinin birinci sinifləri üçün Azərbaycan dili (tədris dili) və riyaziyyat fənləri üzrə yeni dərsliklər hazırlanıb.

“Yeni Sabah” xəbər verir ki, bununla yanaşı, ingilis dili (əsas xarici dil) fənni üzrə hazırlanmış dərsliklər ölkədə mövcud təhsil proqramlarına adaptasiya olunub.

Qeyd edək ki, hər üç dərslik komplektinin 2019-2020-ci tədris ilində ölkənin seçilmiş məktəblərinin pilot siniflərində sınaq istifadəsinə verilməsi planlaşdırılır.

##relatedPost2##

Sınaq istifadələrin nəticələri mütəxəssislər tərəfindən müzakirə olunacaq və həmin dərsliklər üzərində müvafiq təkmilləşdirmə aparılacaq. Sonra bu dərsliklər ümumtəhsil məktəblərində kütləvi istifadəyə veriləcək.

pia.az