“Dorian” qasırğası Florida və Corciya ştatlarının sahili yaxınlığından keçəcək

Atlantik okeanda formalaşan “Dorian” qasırğası Florida və Corciya ştatlarının sahilyanı rayonları yaxınlığından keçəcək və Cənubi Karolina ştatı istiqamətində hərəkət edəcək
###reklam250###

AzərTac xəbər verir ki, ABŞ-ın Qasırğaların İzlənməsi üzrə Milli Mərkəzinin məlumatına əsasən, qasırğanın daxilində küləyin maksimal sürəti saniyədə 49 metri keçir. Hazırda Kanaveral burnundan 150 kilometr şərqdə yerləşən qasırğa saniyədə 3 metr sürətlə şimal-qərb istiqamətində hərəkət edir.

Yaxın sutka ərzində “Dorian” qasırğasının episentri Florida və Corciya ştatlarının sahili yaxınlığından keçəcək. Bu ştatlarda daşqınlar gözlənilir. Həmçinin güclü külək yerli sakinlərin həyatı üçün təhlükə doğurur.

Qeyd edək ki, “Dorian” Baham adalarında yeddi nəfərin həyatına son qoyub. Təbii fəlakət nəticəsində ada dövlətdə yüzlərlə yaşayış binası dağılıb, geniş ərazilər su altında qalıb. Həmçinin arxipelaqda limanların əksəriyyətinə ciddi zərər dəyib.

pia.az