Qobustanda qardaş bacısını bıçaqlayıb

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib
###reklam250###

"Report" xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı qardaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

pia.az