Pakistanın Azərbaycanda investisiya imkanları təşviq ediləcək

Bakıda sentyabrın 5-də Pakistanın Xayber-Pakhtunxva bölgəsinin investisiya imkanlarının təqdimatı keçiriləcək
###reklam250###

Bu barədə “Report”a Pakistanın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Pakistanın investisiya imkanlarını təşviq etməkdir.

Tədbir çərçivəsində B2 görüşlərin keçirilməsi planlaşdırırlır.

Qeyd edək ki, Hayber-Pahtunhva Pakistanın şimalında yerləşən bölgəsidir.

Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Pakistanın ümumi ticarət dövriyyəsinin həcmi 9 030,58 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2 028,64 min dollar və ya 29% çoxdur. Bu məbləğin 250,72 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 402,68 min dollar və ya 2,6 dəfə azdır. Pakistanın ixracının Azərbaycanın ümumi ixracdakı payı 0% təşkil edir.

Bu ilin 7 ayı ərzində Azərbaycan Pakistandan 8 779,86 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2 431,32 min dollar və ya 38,3% çoxdur. Pakistanın idxalının Azərbaycanın ümumi idxaldakı payı 0,10% təşkil edir. Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Pakistan arasında ümumi ticarət dövriyyəsinin həcmi 7 001,94 min dollar təşkil edib. Bu həcmin 653,4 min dolları Azərbaycanın ixracının, 6 348,54 min dolları isə Azərbaycanın idxalının payına düşüb.

pia.az