SSRİ-də açılmış ilk “Makdonalds” və sovet adamlarının heyrəti

Oxucularımıza “Fotoxronika” rubrikasını təqdim edirik
###reklam250###

Burada sizə ölkəmizin, keçmiş SSRİ-nin və dünyanın ictimai-siyasi tarixində izini qoymuş məşhur hadisələri, onların qəhrəmanları, dövrün məşhur xadimləri əks olunan şəkilləri təqdim olunacaq.

Moskva. 31 yanvar 1990-cı il.

SSRİ-də ilk “Makdonalds” əlüstü yemək xidmətinin açılış günü…

ABŞ-ın fast-fud brendi olan “Makdonalds” Qərb üçün adi olsa da sovet adamlarına fantastik təsir bağışlamışdı. Ənənəvi sovet yeməkxanalarından dizaynı və xidməti ilə fərqlənən “Makdonalds” SSRİ-də əsl sensasiya idi. Bura daxil olmaq üçün bir neçə saat növbədə durmaq lazım gəlirdi.

Açılış günü restorana 30 min adam gəlmişdi. Bu “Makdonalds” şirkəti üçün rekord göstərici idi.(Azpost.info)

pia.az