Bakıda 50 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb

APA-nın məlumatına görə, 1969-cu il təvəllüdlü Əsədov Aşur Eynulla oğlu Sabunçu rayonunda yerləşən evinin həyətyanı sahəsində üzüm yığarkən nərdivandan yıxılıb. Nəticədə A.Əsədov aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

pia.az