Moskvada ictimai asayişi pozduğuna görə jurnalist polis tərəfindən saxlanılıb

Bunu jurnalistin vəkili bildirib
###reklam250###

“Novaya qazeta”nın jurnalisti İlya AzarMoskvada ictimai asayişi dəfələrlə pozduğuna görə polis tərəfindən tutulub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Tatyana Molokanova bildirib.

O qeyd edib ki, İlya Azar İnzibati Məcəllənin 20.2-ci maddəsinin 8-ci hissəsini pozmaqda ittiham olunur: “Bu gün tutulub. Paytaxtın Krasnoselsky rayonunda Daxili İşlər Nazirliyində qalacaq, sabah səhər doqquzda (bu gün – red.) protokol tərtib ediləcək".

Vəkilin sözlərinə görə, jurnalistin saxlanma səbəbi 31 avqust tarixində Moskvada razılaşdırılmamış mitinqdə iştirak və yaxud təşkili ilə əlaqəli ola bilər.

##relatedPost2##

Qeyd edək ki, mitinqin təşkili və ya keçirilməsinin müəyyən edilmiş qaydasını dəfələrlə pozduğuna görə, “Novaya qazeta”nın əməkdsaşını 150-300 min rubl civarında cərimə, 40-200 saat müddətinə məcburi iş və ya 30 günədək inzibati həbs gözləyir.

pia.az