Bakının üç qəsəbəsində “simsiz rabitə” xidmətinin göstərilməsində fasilələr yaranacaq

Buna səbəb aparılan yenidənqurma və profilaktik tədbirləridir
###reklam250###

Bakının üç qəsəbəsində “simsiz rabitə” xidmətinin göstərilməsində fasilələr olacaq.

Gecə saat 04:00-dan 07:00-a dək LTE texnologiyası əsasında təmin olunan “simsiz rabitə” şəbəkəsində aparılan yenidənqurma və profilaktik tədbirlər nəticəsində Bilgəh və Nardaran qəsəbələrində, eləcə də Maştağa ərazisindəki Savalan yaşayış massivində “simsiz rabitə” xidmətinin göstərilməsində fasilələr yaranacaq.

"Baktelecom" MMC-dən "APA-Economics"ə verilən məlumata görə, yenidənqurma işləri bitdikdən sonra şəbəkənin fəaliyyəti bərpa olunacaq.

pia.az