ABŞ-ın Əl-Qaidəyə hücumu: Terror təşkilatının Suriya hekayəsi son dəmini yaşayır?

CENTCOM-un açıqlamasında deyilir ki, Əl-Qaidə bu bölgədə Qərbin “terror fəaliyyətləri”ni aktiv şəkildə koordinasiya edir...

Cihat ARPACIK“Independent” qəzeti, Türkiyə, 1 sentyabr 2019-cu il

ABŞ dünən Əl-Qaidənin Suriya liderliyinə havadan hücum edib. Təşkilat Suriyadakı müharibəyə 2012-ci ildə daxil olmuşdu.

Amerika Birləşmiş Ştatları dünən Suriyanın İdlib şəhərinə bağlı olan Kefr Kalisə hava hücumu edib. ABŞ hava qüvvələrinə məxsus bir təyyarə “Huras-əd Din” adlı silahlı qruplaşmaya 6 dəfə atəş açıb. Təyyarənin hədəf aldığı bu binada “Huras əd-Din” ilə “Ənsar əl-Təvhid” qruplarının əsas prinsipi olan “İnananları təşviq et” adlı müxalif hərbi koalisiyanın toplantısı keçirilirdi. Toplantıda 22-si Ənsar əl-Təvhiddən olan 40-dan çox hərbçi həyatını itirib.

ABŞ: Suriyada Əl-Qaidəni vurduq

Hücumdan bir neçə saat sonra ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) verdiyi açıqlamada bildirib ki, hücum Əl-Qaidənin Suriyadakı liderliyini hədəf alıb. Bu açıqlamanı CENTCOM adından polkovnik-leytenant Earl Braun verib. Açıqlamada qeyd edilib ki, Suriyanın şimal-qərbi Əl-Qaidə üçün “təhlükəsiz bölgə”yə çevrilib: “Suriyanı etibarlı bir sığınacaq kimi istifadə etmələrinə imkan verməmək üçün radikalları hədəf almağa davam edəcəyik”.

Rusiya və Dəməşq rəhbərliyinin birgə keçirdiyi İdlib əməliyyatında atəşkəs elan edilən gün bu hücum həyata keçirildi.

CENTCOM-un açıqlamasında deyilir ki, Əl-Qaidə bu bölgədə Qərbin “terror fəaliyyətləri”ni aktiv şəkildə koordinasiya edir. Huras-əd Din ilə Ənsar əl-Təvhid qruplaşmalarının başlatdıqları əməliyyatlar dalğası, xüsusilə Əl-Laziqiyyə şəhərində rejimə, rejim tərəfdaşı olan milislərə və Rusiyaya təz-təz çətinlik yaradır.

1500 nəfərlik hərbi qüvvəyə sahib olduğu düşünülən Huras əd-Din savaşçılarının önəmli bir qismi Əl-Qaidənin Suriyadakı qolu kimi fəaliyyət göstərərkən, Nüsrə cəbhəsinin keçmiş əsgərləri Əl-Qaidədən ayrılıb və özünü ləğv edib.Sonuncu hücumun 7 illik hekayəsi

Əksəriyyət Nüsrənin ləğv edilməsindən və liderlikdən uzaqlaşmasından narahat olan əsgərlərdir.

Nüsrə cəbhəsi 2016-cı ilin yayında Əl-Qaidə lideri Əymən əl-Zəvahirinin icazəsilə özünü ləğv edib, əvvəlcə Dəməşqin Fəthi cəbhəsi Hələbin təkrarən Suriya rejimi-Rusiya-İran blokunun nəzarətinə keçib, sonra isə heyət Təhrir Dəməşq adını aldı.

O tarixə qədər Əl-Qaidə ilə olan münasibətlərini heç vaxt inkar etməyən Nüsrə Əl-Qaidənin tezislərinə bağlı olsa da, Əfqanıstanda və İraqdakından fərqli olaraq, fərqli bir üsul seçərək Suriyadakı sahəsini genişləndirib.

Cəbhələrdə savaşmaqla yanaşı, qida, yanacaq və geyim yardımları ilə sosial fəaliyyətlər təşkil edən təşkilat bu sayədə xalqın dəstəyini qazanıb.

Nəzarət etdiyi bölgələrdə ictimai asayiş və ədliyyə sistemini aktiv hala gətirərək bir dövlət kimi hərəkət edən Nüsrə cəbhəsi dünyanın hər müxtəlif yerlərindən gələn savaşçılar sayəsində böyük bir hərbi güc olaraq Suriya Vətəndaş Müharibəsinin cəbhələrində savaşıb.

Azad Suriya Ordusunun bəzi qrupları ilə ideoloji baxımdan razılıq əldə olunmasa da, Nüsrə cəbhəsinin müxalif qrupların öz aralarında qurduğu hərbi koalisiyalara qoşulması cəbhəni “sadiq bir müttəfiq”ə çevirib.

İŞİD-Nüsrə parçalanması Nüsrəni zəiflətdi

2013-cü ilin ortalarına qədər Suriyadakı ən güclü qruplaşma Nüsrə cəbhəsi idi. Amma həmin il vəziyyət Nüsrə əleyhinə dəyişməyə başladı.

Təşkilatın içindəki xarici əsgərlər həmin dönəmdə İraqdan Suriyaya doğru uzanan İŞİD-ə qoşulmuşdu. İŞİD o dönəmdə Əl-Qaidəni özlərinin təmsil etdiyini iddia etmiş və bu iddia Nüsrə cəbhəsindəki xarici hərbçilər arasında da qəbul edilmişdi.

Əl-Qaidə lideri Əymən əl-Zəvahiri İŞİD əleyhinə açıqlamalar vermiş olsa da, minlərlə xarici hərbçi İŞİD sıralarına qoşulub. Nüsrə isə daha da “suriyalı”ya çevrildi. Lakin bu, Nüsrə cəbhəsinin gücdən düşməsinin qarşısını ala bilmədi. İŞİD-Nüsrə ayrılığından sonra Nüsrə cəbhəsi əvvəlki gücünə heç bir zaman çata bilməyib.

Nüsrə DFC, sonra da HTD oldu...

Təşkilat Əl-Qaidə ilə olan əlaqəsinin gələcəkdə Suriyada qanuni bir güc olmasına əngəl olacağını başa düşdükdə Əl-Qaidə liderliyindən razılıq alaraq əsas hissədən ayrıldı və özünü ləğv etdi. Hətta daha əvvəl heç vaxt üzünü göstərməyən Nüsrə rəhbəri Əbu Məhəmməd əl Colani ilk dəfə dünya ictimaiyyətinə üzünü göstərdi və 2016-cı ildə Dəməşqin Fəthi Cəbhəsinin (DFC) qurulduğunu elan etdi.

Nüsrə Cəbhəsinin lideri Colani ilk dəfə bu şəkillərdə üzünü göstərib

Lakin DFC hekayəsi 1 il sonra sona çatdı. Təşkilat 2017-nin əvvəlində bir çox fərqli quruluşu əhatə edən HTD-nin qurulduğunu elan etdi. HTD-nin qurucuları arasında sonradan çəkişmələr yaşayan Nurəddin Zəngi Tuqaylar da var.

Huras əd-Din: Əl-Qaidə bizik

Dünən ABŞ-ın bombaladığı Huras-əd Din adlı qrup 2018-in sonunda qurulub, Əl-Qaidəyə bağlı olduğunu elan edib və Nüsrə cəbhəsinin özünü ləğv etməsinin yanlış olduğunu elan edib. Bu qrup, həmçinin, ideoloji bir mövqe mənimsəyib və sahəsini genişləndirməyə çalışaraq hazırda ABŞ-ın Suriyadakı ilk hədəflərindən birinə çevrilib.

CENTCOM da açıqlama verib ki, Rusiya və Suriya ordusu ilə sonuncu böyük müharibəyə hazırlaşan (hər nə qədər ABŞ-ın terror siyahısında olsa da) HTD-ni yox, Huras əd-Dini Əl-Qaidə quruluşu kimi qəbul edir.

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az