Sükan arxasında canlı yayım açdı, polis cəriməni şərhə yazdı

Dubayda sürücü sükan arxasında olarkən İnstaqramda canlı yayım edib
###reklam250###

Pia.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, elə canlı yayımda olarkən cərimələnib.

Dubay polisinin rəsmi İnstaqram hesabı onun canlı yayımının şərh bölməsinə cərimələnməsi barədə məlumat yazıb.

Sürücü 800 dirhəm cərimə olunub.

Qeyd edək ki, qaydanı pozan sürücü barədə polisə digər avtomobil sürücüləri məlumat verib.

Pia.az