Dünyanın ən təhlükəli şəhərlərinin reytinqi açıqlanıb - TOP-10

"Economist Intelligence Unit" tədqiqat şirkətinin mütəxəssisləri dünyanın ən təhlükəli şəhərlərinin reytinqini dərc edib
###reklam250###

"APA-Economics"in sözügedən reytinqə istinadən verdiyi məlumata görə, siyahı tərtib olunarkən hadisələrin sayı, nəqliyyat və enerji infrastrukturu, təbii fəlakətlərdən qorunma səviyyəsi və digər faktorlar nəzərə alınıb.

Nəticədə, reytinqin ilk pilləsində Laqos şəhəri (Nigeriya) qərarlaşıb ki, burada təhlükəsizlik indeksi cəmi 38,1 olub. Siyahının ikinci və üçüncü yerlərinə isə Karakas (Venesuela) və Yanqon (Myanma) şəhərləri layiq görülüb.

Dünyanı ən təhlükəli TOP-10 şəhərləri:

1. Laqos, Nigeriya

2. Karakas, Venesuela

3. Yanqon, Myanma

4. Kəraçi, Pakistan

5. Dəkkə, Banqladeş

6. Qahirə, Misir

7. Kasablanka, Mərakeş

8. Cakarta, İndoneziya

9. Nyu-Dehli, Hindistan

10. Boqota, Kolumbiya

pia.az