Yeni "iPhone" modellərinin təqdim olunacağı tarix açıqlandı - Foto

Dünyanın ən bahalı və məşhur şirkəti "Apple" yeni məhsullarını təqdim edəcəyi tarixi açıqlayıb
###reklam250###

Təqdimat sentyabr ayının 10-da, ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərindəki Stiv Cobs salonunda baş tutacaq. Salonda iPhone 11, iPhone 11 Pro və iPhone 11R modelləri təqdim ediləcək.

Həmçinin, Apple Watch 5 və Mac komputerləri də nümayiş olunacaq.

Qeyd edək ki, iki gün əvvəl "Apple" şirkəti Siri proqramı vasitəsi ilə istifadəçilərinin səslərinin qeydə alındığına görə üzr istəyib.(Milli.Az)

pia.az