Telman İsmayılova şok “sürpriz” – İsveçrə hesablarına həbs qoyuldu

Sürix prokurorluğu “AST Telman” kimi tanınan iş adamı Telman İsmayılovun İsveçrədəki bank hesablarına həbs qoyub
###reklam250###

Bu barədə əvvəllər VTB banka məxsus Moskva Bankı açıqlama ilə çıxış edib. Açıqlamada deyilir ki, Sürix prokurorluğunun bu qərarı Telman İsmayılovun çoxmilyardlı borcunu ödəmək üçün qəbul edilib.

Lakin Telman İsmayılovun İsveçrə banklarında nə qədər pulu olduğu barədə məlumat verilmir. Sürix prokuroluğu və ərizəçi hesab edir ki, iş adamı həmin hesabları Rusiyada fırıldaqçılıq yolu ilə əldə edilən pulları yuyulması üçün istifadə edib.

Xatırladaq ki, Telman İsmayılov ailəsi birgə Monteneqroya köçüb. Bundan sonra o, Rusiyada müflis elan edilib. 2017-ci ilin noyabrında iş adamına iki nəfərin qətlini təşkil etməklə bağlı ittiham irəli sürülüb və o, İnterpol xəttilə axtarışa verilib. Bundan əlavə, Telman İsmayılov müğənni Abram Russonun 2004-cü ildə qaçırılmasında ittiham olunur. İstintaqın rəyinə görə, buna səbəb aralarındakı maliyyə münaqişəsi olub.

O, həmçinin borclunun əmlakının ələ keçirilməsi, habelə aktivlərin israfı ilə əlaqəli saxtakarlıqda şübhəli bilinir.(Yenisabah.az)

pia.az