Lionel Messi Avropanın ən yaxşı hücumçusu adına yiyələnib

2018/19 mövsümünün ən yaxşı hücumçusu bəlli olub
###reklam250###

APA-nın məlumatına görə, bu ada “Barselona”nın forvardı Lionel Messi layiq görülüb.

O, Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasında mükafatlandırıb. Argentinalı Sadio Mane ilə Kriştianu Ronaldonu üstələyib.

Qeyd edək ki, 2018/19 mövsümünün ən yaxşı qapıçısı “Liverpul”lu Alisson Bekker, müdafiəçisi onun komanda yoldaşı Vircil van Diyk, yarımmüdafiəçisi ötən ili “Ayaks”da keçirən Frenki de Yonq seçilib.

Pia.az