Andrey Zaqorodnyuk Ukraynanın Müdafiə naziri seçilib

Ukrayna Ali Radası tərəfindən Andrey Zaqorodnyuk Müdafiə naziri seçilib
###reklam250###

APA “ukrinform”a istinadla xəbər verir ki, bu gün parlamentin ilk iclasında müdafiə nazirinin seçilməsi üçün səsvermədə 314 deputat iştirak edib.

Qeyd edək ki, Ukrayna Konstitusiyasının 114-cü maddəsinə əsasən, müdafiə və xarici işlər nazirləri Ukrayna Prezidentinin təklifi ilə, Nazirlər Kabinetinin digər üzvləri isə Baş nazirin təklifi ilə Ali Rada tərəfindən təyin edilir.

Pia.az