Tramp Ukraynaya hərbi yardım məsələsinə yenidən baxılmasını istəyir

ABŞ Prezidenti Donald Tramp Ukraynaya ayrılan hərbi yardıma yenidən baxılması haqqında göstəriş verib
###reklam250###

Bu barədə “Politico” qəzeti Ağ Evdəki yüksək vəzifəli mənbəyə istinadən bildirib.

ABŞ lideri rəsmi Kiyevin ayrılan pulları Vaşinqtonun maraqları nöqteyi-nəzərindən xərclənməsini istəyir.

Vəsaitlər onların taleyi müəyyən edilməyincə dondurulacaq. Məsələni ABŞ-ın müdafiə naziri Mark Esper və Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton araşdıracaqlar.

Xatırladaq ki, bu maliyyə ilində Vaşinqtonun Ukraynaya hərbi yardımı 250 milyon dollar civarında müəyyənləşdirilib.(virtualaz.org)

pia.az