Gəncədə məhbus təcridxanada özünə xəsarət yetirib

Məhbus özünə mismarla xəsarət yetirib
###reklam250###

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında baş verib.

Orada saxlanılan 1993-cü il təvəllüdlü Ceyhun Əliyev qarın nahiyəsinin mismarla deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. İlkin məlumata görə, məhbus özü özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Pia.az