Canlı yayımda jurnalistləri döydülər – Video

Hadisə Xarkov vilayətində baş verib
###reklam250###

Meşədə ağacların qanunsuz olaraq kəsilməsini lentə almaq istəyən jurnalistlər hücuma məruz qalıblar.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, hadisə Xarkov vilayətində baş verib. Vilayət ərazisindəki meşədə çəkiliş aparan “112 Ukrayna” telekanalının əməkdaşları gözlənilmədən ağacların kəsilib daşınmasını həyata keçirən şəxslərin hədəfinə çevriliblər.

Əvvəlcə jurnalistləri hadisə yerinə gətirən avtomobilin təkərlərini deşiblər. Daha sonra özlərinə hücum edərək, onları döyüblər. Maraqlıdır ki, hər şey polis işçilərinin gözü qarşısında baş verib. Belə ki, jurnalistlərin çağırdıqları polis əməkdaşları yaranan insidentə qarışmayıblar və sadəcə, kənardan seyr ediblər.

##relatedPost2##

Məsələ ictimailəşəndən sonra ölkənin Daxili İşlər Nazirliyi xüsusi qrup yaradaraq, onu hadisə yerinə göndərib. Qeyd edək ki, bundan bir neçə gün əvvəl prezident Vladimir Zelenski Xarkovda olarkən, meşələrin qırılması məsələsini qaldırmışdı və ciddi tədbirlər görülməsinin vacib olduğunu demişdi.

Pia.az