Göygöldə orta yaşlı kişini maşın vuraraq öldürüb

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib
###reklam250###

Göygöl rayonunda piyadanın vurluması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki. yolu keçmək istəyən piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.Hadisə zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı Göygöl Rayon Polis şöbəsində araşdırma aparılır.

Pia.az