Rusiya ilə Türkiyə İdlibdə terrorla mübarizə üçün əlavə tədbirlər görəcək

Putin Ərdoğanla görüşdəki müzakirələrdən danışıb
###reklam250###

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qərara gəldik ki, İdlibdə terror ocaqlarını neytrallaşdırmaq üçün birlikdə əlavə tədbirlər görək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib.

O, Türkiyənin Suriya qaçqınlarından böyük əziyyət çəkdiyini söyləyib: “Türkiyədə 3 milyondan çox suriyalı var. Biz Türkiyənin narahatlığını, cənub sərhədlərinin təhlükəsizliyi barədə narahatlığını başa düşürük. Bu barədə müzakirələr apardıq”.

##relatedPost2##

Putin deyib ki, Suriyada, Türkiyənin cənub sərhədlərində təhlükəsizlik zonasının yaradılması Suriyanın ərazi bütövlüyü üçün də yaxşı şərait yaradacaq.

Pia.az