İranda İsrailə casusluqda ittiham olunan iki nəfər 12 il həbs olunub

Məhkəmə hökm çıxardıb
###reklam250###

İranda İsrailə casusluqda ittiham olunan iki nəfər haqqında məhkəmə hökm çıxardıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili deyib.

O bildirib ki, İran və Böyük Britaniya vətəndaşı Ənuşə Aşuri “Mossad” ilə əməkdaşlıq etdiyinə, Əli Jöhəriisə İslam İnqilabı Keşikçiləri (“Sepah”) ilə bağlı "Xətəm əl Ənbiyyə" şirkətinin həyata keçirdiyi tikinti layihələri ilə bağlı məlumatlar ötürdüyünə görə hər biri 12 il həbsə məhkum ediliblər.

Pia.az