NATO mülki insanları hədəf aldı

NATO-ya aid qırıcılar mülki əhalini bombardman edib
###reklam250###

Xarici media xəbər verir ki, Əfqanıstanın Loqar vilayətində NATO-ya aid qırıcılar səhvən mülki insanları hədəfə alıb.

Hadisə Talibana qarşı keçirilən əməliyyat zamanı Loqarın Babus kəndində baş verib. Yanlış zərbələr nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Əfqanıstanın sabiq prezidenti Həmid Karzai yazılı açıqlama ilə çıxış edərək NATO-nun mülki insanlara qarşı hücumlarının dayandırılmasını tələb edib. (Teleqraf.com)

pia.az