Qubada dağlıq ərazidə itkin düşən kişinin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Quba rayonu, Tüləkəran kəndi yaxınlığında, dağlıq ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub

FHN-dən verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri 1960-cı il təvəllüdlü Nəsirov Sahib Nəsrəddin oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.​

pia.az