Gələn il Yaponiyada Paralimpiya Oyunları keçiriləcək

Biletlər satılmağa başlayıb
###reklam250###

Gələn il avqustun 25-də Yaponiyada “Tokio -2020” Paralimpiya Oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu yarışlarda idmanın 22 növü üzrə dünyanın bütün ölkələrindən gələn idmançılar iştirak edəcəklər.

Xatırladaq ki, avqustun 22-də Paralimpiya Oyunları üzrə yarışları izləmək üçün biletlərin əldə edilməsi məqsədilə lotereyanın birinci raunduna start verilib. Sentyabrın 9-da başa çatacaq lotereya üzrə bəzi biletlərin dəyəri təqribən 5 dollardır.

Təşkilatçıların məqsədi tribunaların tamaşaçılarla maksimum dolmasıdır. Bu məqsədlə nəşr edilən yeni kitabçada yarışların keçiriləcəyi obyektlər və idmanın müxtəlif növləri üzrə yarışların qaydaları əksini tapıb.

pia.az