Toy karvanında qəza, bəylə gəlin yaralandı

İranın Zəncan vilayətində Qeydar yolunda toy karvanında ağır yol qəzası baş verib
###reklam250###

Trend-in məlumatına görə, bunu İranın Zəncan vilayətinin yol polisinin rəis əvəzi polkovnik Məhəmməd Əli Əzimi deyib.

M.Əziminin sözlərinə görə, toy karvanında "Peugeot Pars" markalı avtomobilin aşması nəticəsində 2 nəfər həlak olub.

Rəsmi əlavə edib ki, hadisə nəticəsində bəylə gəlin də yaralanıb və xəstəxanaya yerləşdirilib.

Polis rəisi hadisəyə səbəbin sürət həddini aşma olduğunu deyib.

Pia.az