Gürcüstanda azərbaycanlı tələbə suda boğulub  

Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub
###reklam250###

APA-nın şimal-qərb bürosunun məlumatına görə, qonşu ölkədə ali təhsil alan, Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şahin Sudabəy oğlu Əliyev ötən gün Gürcüstan ərazisində çimərkən suda boğularaq ölüb.

Tələbənin meyiti ötən gün axşam doğulduğu kəndə gətirilib. Onun bu gün dəfn ediləcəyi bildirilir.

pia.az