Qəbələdə meşə yanır - Helikopter və təyyarə qaldırıldı

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb
###reklam250###

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə Qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.(Yeni Sabah)

Pia.az