Netanyahu da İranla bağlı tapşırıq verdi

İsrailin Baş naziri Binyamin Netanyahu hərbçilərə İran təhdidinə qarşı fəaliyyət üçün lazım olan bütün tədbirləri görməyi tapşırıb
###reklam250###

Bu barədə Binyamin Netanyahu özü açıqlama verib.

“İran İsraili məhv etməyə and içmiş ölkədir. O çalışır ki, bizə qarşı hər yerdə baza yaratsın. Biz çox yerdə İrana qarşı fəaliyyət göstəririk. Mən təhlükəsizlik qüvvələrinə tapşırıq vermişəm ki, İranın sui-qəsdlərinə mane olacaq bütün addımları atsınlar”, – deyə o bildirib.

Virtualaz.org xatırladır ki, bu gün Rusiya Prezidenti Vladimir Putin də hərbçilərə xüsusi tapşırıq verib. Ancaq onun tapşırığı ABŞ-ın uçuş məsafəsi 500 km-dən çox olan yeni “Tomahawk” raketinin sınaqdan keçirilməsinə "simmetrik cavabın hazırlanması üzrə ətraflı tədbirlər" görmək barədə olub.

pia.az