Taxta bazarındakı yanğınla əlaqədar xəstəxanaya aparılanlar evə buraxılıb
Hal hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət yoxdur
###reklam250###
Dünən "Taxta bazarı" kimi tanınan ərazidə baş verən yanğınla əlaqədar Kliniki Tibbi Mərkəzə (KTM) çatdırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları artıq xəstəxanadan buraxılıb.
Qeyd edək ki, avqustun 22-də “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.
Tikinti materialları bazarında baş verən yanğında bir neçə nəfər xəsarət alaraq, xəstəxanaya çatdırılıblar.
Baş vermiş yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb.(APA)
Pia.az