Övladını zəncirləyən valideynlə bağlı cinayət işi başlanıb - Rəsmi

Uşağın anası barədə cinayət işi başladılıb
###reklam250###

Bəzi kütləvi informasiya vasitələrində azyaşlının valideyni tərəfindən zəncirlə bağlanması barədə məlumatlar dərc olunub.

Bakı şəhər prokurorluğundan "Report"a verilən məlumata görə, həmin xüsusat üzrə aparılmış araşdırmalar nəticəsində 2010-cu il təvəllüdlü uşağın anası İsmayılova Şəhanə Məhərrəm qızı tərəfindən kirayədə yaşadıqları Nəsimi rayonu, Cavadxan küçəsi, 56 saylı evin 91-ci mənzilində nadinc hərəkətlər etdiyinə görə ayağından zəncirlə bağlamaqla qanunsuz azadlıqdan məhrum edilməsinə əsaslı şübhələr olduğundan faktla əlaqədar avqustun 21-də Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

##relatedPost2##

İş üzrə hadisə yerinə baxış keçirilməklə maddi sübutlar götürülüb, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, tibbi və məhkəmə psixoloji ekspertizaları təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Pia.az