Gəlini qaytarıb evə gətirdi, atışma başladı

Türkiyənin Diyarbekir vilayətinin Silvan mahalında üç ailənin iştirak etdiyi silahlı davada 6 nəfər ölüb, 8 nəfər yaralanıb
###reklam250###

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Silvan mahalının Gökçetevək kənd sakini Enver Tekin Poyraz ailəsinə gəlin köçmüş qızı Gülşen Poyrazı ata evinə gətirib. Gülşənin ailə üzvləri də gəlini geri qaytarmaq üçün Enver Tekinin evinə gəliblər. İki ailə arasındakı mübahisə davaya çevrilib. Hər iki tərəf silaha əl atıb. Münaqişə zamanı Narin ailəsi Tekinlərə dəstək olmağa gəlib.

Silahlı insidentdə 22 yaşlı gənclər – Əziz Narin, Halise Narin, Gokhan Narin, Edib Oqraş və adının açıqlanmadığı daha bir nəfər ölüb. Cevat, Felak, Mevlut, Burak, Münevver, Cevat Narin, Tegmen Yapıcı və Fırat Tekin ağır yaralanıb. Yaralılar Silvan və Diyarbekir xəstəxanalarına aparılıblar. Son məlumata görə yaralılardan daha biri keçinib, ölənlərin sayı 6-ya çatıb.

pia.az