Kral ailəsi Qrenlandiyanın satılmasına razıdır
Danimarkanın kral ailəsi ABŞ prezidenti Donald Trampın Qrenlandiya adasını almaq təklifinə müsbət yanaşır
###reklam250###
Bu barədə "Newsweek" yazıb.
"Adanın alınması təklifi - Qrenlandiya üçün komplimentdir. Yalnız arzulanan torpaqlar belə təklif ala bilər", - deyə kraliça II Marqrettin qardaşı Valdemarın xanımı, şahzadə Antoniya Şaumburq-Lippe bildirib. O əlavə edib ki, adanın satılması qərarını yerli sakinlər özləri verməlidir.
Belə bir fikirlə Antoniyanın oğlu, şahzadə Mario Maks Şaumburq-Lippe də çıxış edib:
"Mən Qrenlandiyanı sevirəm və istəyirəm ki, oranın xalıq xoşbəxt olsun. Özləri üçün verəcəkləri ən yaxşı qərarı dəstəkləmək lazımdır".
Xatırladaq ki, Donald Tramp avqustun 16-da Qrenlandiyanı satın almaq fikrində olduğunu bəyan etmişdi.(qafqazinfo)
pia.az