Prezident Administrasiyası işə qarışıdı – “Amay Abdulla” ilə bağlı qalmaqal nəzarətə götürüldü

Administrasiyadan məsələyə tezliklə baxılacağı bildirilib
###reklam250###

“Amay Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayevlə qalmaqal yaşayan Binəqədi rayonu, Atatürk prospekti 30/78A ünvanında yerləşən binanın sakinləri Prezident Administrasiyasında (PA) olublar.

Bu barədə “Yeni Sabah”a məlumat verən bina sakini Müşfiq Nəcəfov bildirib ki, PA-da onlara problemlərinin qısa müddətdə həllini tapacağını deyiblər. “Bizə dedilər ki, narahat olmayın, məsələ tezliklə araşdırılacaq və problem həllini tapacaq. Biz ümid edirik ki, dövlət qurumları ədalətli mövqe sərgiləyəcək və biz tezliklə bu qalmaqaldan yaxa qurtara biləcəyik”,- deyə Müşfiq Nəcəfov əlavə edib.

O həmçinin qeyd edib ki, Abdulla Abdullayev müxtəlif üsullarla fəal sakinləri zəzərsizləşdirməyə çalışır. Xüsusilə Müşfiq Nəcəfov və Elman Abbasov hədəfdədirlər. “Gah bizi məhkəməyə verir, gah prokurorluğa, gah da polisə şikayət edir. Absurd ittihamlarla bizi qarlamağa çalışır. Lakin biz bu təzyiqlərdən çəkinmirik. Biz heç bir qanunsuz iş görmürük.

##relatedPost2##

Bina 2002-ci ildə inşa edilib, 2015-ci ilə qədər gözləmişik lakin yarımçıq qalmış işlər başa çatdırılmayıb. Abdulla Abdullayev özü də ortalıqda görünməyib. Nəhayət qərara gəlmişik ki, yarımçıq qalan işləri öz vəsaitimiz hesabına tamamlayaq. Xeyli iş görmüşük bina demək olar hazır vəziyyətə gətirilib. İndi Abdulla Abdullayev binaya sahib çıxmaq istəyir. Biz buna imkan verməyəcəyik. Biz dövlətə, onun qanunlarına və qanunların qarantı olan Prezident İlham Əliyevə güvənirik”.

Pia.az