Pedofil milyarder 600 milyonluq sərvət vəsiyyət edib

Yeniyetmələri cinsi istismara məruz qoymaqda ittiham olunan amerikalı milyarder Ceffri Epşteyn intihar etməzdən iki gün əvvəl vəsiyyətnamə yazıb
###reklam250###

Bu barədə "New York Post" nəşri məhkəmə sənədlərinə istinadən məlumat verir.

Nəşrin məlumatına əsasən, pedofil milyarder özündən sonra dəyəri 600 milyon dollar olan sərvət qoyub. Onun sərvəti trast fondunda saxlanılacaq.

Sənəd imzalanarkən meksikalı narkobaron Xoakin Qusman Loeranın vəkillərindən biri də iştirak edib.

Xatırladaq ki, C.Epşteyn iyulun 6-da Nyu-Yorkda saxlanılıb. O, kriminal şəbəkənin yaradılmasında ittiham olunub. Bu şəbəkə ona yeniyetmə qızları cinsi istimara məruz qoymağa imkan verirdi.

pia.az