“Rusiya Dnestri Moldovaya verməyə hazırdır, əvəzində...” - Politoloq

“Rusiya Moldovadakı separatizmi bu ölkənin ərazi bütövlüyü çərçivəsində həll etmək istəyir. Ötən həftə XİN rəhbəri Lavrov bununla bağlı "top"un Kişinyovda olduğunu bildirmiş oldu”
###reklam250###

NATO və Aİ nin getdikdə Rusiya sərhədlərinə yaxınlaşdığını görən Smolensk meydanı Dnestryanı bölgənin Moldova tərkibində geniş muxtariyyət alması müqabilində Kişinyovun bloklara qoşulmayacağının zəmanətini istəyir. Hələ 2000 ci illərin əvvəllərində Dnestryanı məsələnin həlli müqabilində Moldovanın neytral xarici siyasət aparacağı təklifi Brusseldə kəskin etiraza səbəb olmuşdu.Moldovanın o vaxtkı prezidenti Voronin razılığa getməmişdi. Nəticədə o öz postundan "getməli" oldu.

Beləliklə, bir tərəfdən Moldovanın onsuz da gec -tez Aİ və NATO ölkəsi olacağına əmin olan Brussel, digər tərəfdən bu labüdlüyü görən Moskva və onun Kişinyova təklifi..

Qarabağ məsələsində biz də təkliflər gözləyirik. Dolaşan məlumatlara görə bir neçə il əvvəl Moskvanın bir neçə rayon əvəzinə rus sülhməramlılarının bölgəyə yerləşdirilməsi fikri çox ciddi idi. Hər iki tərəfin milli maraqlarına cavab verməyən bu təklifdənsə, Qarabağın Azərbaycan tərkibində yüksək statusu əvəzinə ölkəmizin blok seçməsi, enerji layihələrinə Ermənistanın qoşulması, Xəzərdə qaz lahiyələrinin şimalla birgə istismarı və sair kimi təkliflər müzakirə predmeti ola bilərdi.

Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

pia.az